“İlk oyunda qələbə qazanmışıq. Buna çətinliklə nail olduq. “Zalsburq” çox güclü rəqibdi. Komanda şəklində olduqca inamlı oyun sərgiləyirlər”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Zalsburq”la cavab oyununa çıxmaq üçün bu gün Avstriyaya yollanacaq ağdamlıların gənc futbolçusu əlavə edib: “Səfər qarşılaşması birincidən də çətin alınacaq. Avstriya komandası Bakıda uduzubsa, yəqin, erkən qol vurmağı planlaşdırıb. Onların meydanda ağalıq etməsinə mane olmalıyıq. Bizim öz məqsədimiz var. Yaxşı oynamaq, uğurlu nəticə ilə xalqımızı sevindirmək istəyirik. Final fitinə qədər döyüşəcəyimizə əmin olun. İstəyimizə çatmaq üçün ikiqat həvəslə, inamla mübarizə aparacağıq”.
Fanat.az