Gürcüstan və Azərbaycan prezidentləri İlham Əliyev ilə Georgi Marqvelaşvili arasında telefon danışığı olub. Fanat.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administarsiyası məlumat yayıb.
Məlumata görə, prezidentlər öləkələr arasında ikitərəfli münasibətləri və gələcək perspektivləri müzakirə edib. İlham Əliyev və Georgi Marqvelaşvili bir neçə gün əvvəl Azərbaycanda futbol oyunu zamanı baş verən hadisəyə toxunmağı da unutmayıb. “Belə insidentlər iki ölkənin dostluq münasibətlərinə təsir edə bilməz” deyə dövlət başçıları bildirib.
Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Çixura” arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər stadionda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdı. Məhz bu amil azarkeşlər arasında qarşıdurmalara səbəb olmuşdu.
Fanat.az