Dünya çempionatında yeni rekord qeydə alınıb. Fanat.az xəbər verir ki, "mundialın ən yaşlı oyunçusu" rekordu qırılıb.
Ötən axşam Kolumbiyanın Yaponiyanı 4:1 hesabı ilə yendiyi matçın 85-ci dəqiqəsində kolumbiyalı qapıçı Fərid Mondraqon meydana çıxıb. Bununla da o, 43 yaş 3 günlüyündə dünya çempionatında oynayaraq, mundiallar tarixinin ən yaşlı futbolçusu olub. Bundan əvvəlki rekord Rocer Millaya aid idi. Kamerunlu forvard DÇ-1994-da Rusiyaya qarşı oynayanda 42 yaş 1 ay 8 günlük olmuşdu.
Rekordu ilə bağlı danışan Mondraqon arzusunun gerçəkləşdiyini bildirib: "Bu rekordla Kolumbiya futbol tarixində yer almaq mənim üçün şərəfdi. Fikrimcə, hər kəs bu anı gözləyirdi. Baş məşqçimiz Jose Pekerman və komanda yoldaşlarıma bu arzumu reallaşdırmağıma yardımçı olduqları üçün təşəkkür edirəm.
Dünya çempionatının 5 ən yaşlı futbolçusu
1. Fərid Mondraqon (Kolumbiya) - DÇ-2014 (43 yaş 3 gün)
2. Rocer Milla (Kamerun) - DÇ-1994 (42 yaş 1 ay 8 gün)
3. Pat Jenninqs (İngiltərə) - DÇ-1986 (41 yaş)
4. Peter Şkilton (İngiltərə) - DÇ-1990 (40 yaş 9 ay 19 gün)
5. Dino Zoff (İtaliya) - DÇ-1982 (40 yaş 4 ay 13 gün)
Fanat.az