Mircəlal Qasımov: "Öz evimizdəymiş kimi oynadıq"

Mircəlal Qasımov: "Öz evimizdəymiş kimi oynadıq"
"Bu, bizim üçün lazımlı oyun idi. Bu gün çox yüksək hərarət var idi və belə havada futbolçulara qaçmaq çətin idi. Qol vəziyyətlərimiz oldu. Amma onları məntiqi sonluqla başa çatdırmağa tələsdik". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov deyib.
Rəqib çalışdırıcı millimizin heyətində texnikalı futbolçuların olduğunu bildirib: "Azərbaycanın heyətində texnikalı və ağıllı futbolçular var, qol vəziyyətləri yarada bilirlər. Aydın məsələdi ki, hər şey alınmır. Amma bu, yoxlama oyunudu. Biz bu gün sanki öz evimizdəymiş kimi oynadıq. Oyuna gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər