Almaniyanın Regional Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlterin çıxış etdiyi "Ayntraxt"ın (Braunşveyq) U-23 komandası artıq iki oyun keçirib.
Braunşveyq təmsilçisi ilk turda "Hanza"nın qonağı olub və 2:2 hesablı heç-heçəyə razılaşıb. "Ayntraxt"ın ikinci qoluna 90+1-ci dəqiqədə Taşkın İlter imza atıb və komnadasına 1 xal qazandırıb.
İkinci turda isə "Ayntraxt" "Verder"in qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb. Taşkın meydana start heyətində çıxıb. Onu 75-ci dəqiqədə Marsel Bar əvəzləyib.
Fanat.az