Millimizin üzvü əvəzedici komandada qol vurdu

Millimizin üzvü əvəzedici komandada qol vurdu

Milli komandamızın üzvü Tuğrul Erat Almaniyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, II Bundesliqada çıxış edən "Fortuna"nın əsas heyətində mövsümün ilk oyununa çıxmayan futbolçumuz Düsseldorf təmsilçisinin U-23 komandasına kömək edib.

"Fortuna" "Köln"ün U-23 komandasını qəbul edib və 3:1 hesablı qələbə qazanıb. Matçın 3-cü qoluna 88-ci dəqiqədə Tuğrul imza atıb. Futbolçumuz start heyətində yer alıb və 90-cı dəqiqədə Abdulkərim tərəfindən əvəzlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər