Millimizin rəqibi istefa verdi

Millimizin rəqibi istefa verdi

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığması başsız qalıb. Fanat.az xəbər verir ki, komandanın baş məşqçisi Cesare Prandelli istefa verib.

Buna səbəb İtaliyanın DÇ-2014-də qrupdan çıxa bilməməsi olub. Bu gecə Uruqvaya uduzan italyanlar qrupda qalıb. Matçdan sonra Prandelli istefa verdiyini açıqlayıb: "Dörd il ərzində bura gəlmək üçün çox çalışırsınız. Sonra bir qırmızı vərəqə hər şeyi dəyişir. Heç bir zaman italyanların vergilərini oğurlamaqla ittiham olunmaq istəmirəm. İstefa verirəm".

Bu İtaliyada son istefa olmayıb. Belə ki, İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete dünya çempionatındakı uğursuz çıxış səbəbindən istefa verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər