AZAL Topaz Premyer Liqasında III turun oyununun bazar ertəsinə çəkilməsindən istifadə edərək yoxlama görüşü keçirib. Fanat.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan görüşdə rəqib Azərbaycanın gənclərdən ibarət milli komandası (U-21) olub.
Baş məşqçi Tərlan Əhmədovun bütün futbolçulara şans verdiyi, əvəzedicilərdən çağırdığı oyunçuları da meydana buraxdığı matçda 1 qol vurulub. İkinci hissədə vurulan qol U-21-ə qələbə gətirib.
Fanat.az