Almaniya yığması ilə dünya çempionu olan Məsut Özil ötən mövsümün yorğunluğunu ABŞ-da çıxarır. Fanat.az xəbər verir ki, türk əsilli futbolçu sevgilisi Mandi Kapristo ilə birlikdə Las Veqasda istirahət edir.
Qeyd edək ki, "Arsenal"ın baş məşqçisi Arsen Venger Məsut Özilə istirahət etmək üçün şərait yaradıb. Almaniya yığması dünya çempionu olan futbolçu London klubunun təlim-məşq toplanışının ilk mərhələsinə qatılmayacaq.
Fanat.az