"Neftçi"nin "Kalmar"a icarəyə verdiyi Melvin Platye bu komandadan ayrılıb. Fanat.az xəbər verir ki, bu barədə juranlistlərə İsveç klubundan millimizə çağırılan Emin Nuri məlumat verib.
Türk futbolçu bildirib ki, Platye Hollandiyaya qayıdıb: "Platye bizim komandada 4 ay qaldı. 2 həftə əvvəl bizim klubdan ayrıldı. Yaxşı oyunçu olsa da, bizim komandada şansı heç gətirmədi. Hansı kluba keçdiyini bilmirəm. Amma bilirəm ki, Hollandiyaya qayıtdı".
Fanat.az