21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 18-dən 20-ə qədər və avqustun 30-dan sentyabrın 3-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək. Fanat.az xəbər verir ki, Benhard Lippertin yetirmələri toplanışın son günü "Dalğa Arena"da Avropa çempionatının seçmə oyununda İsrail komandası ilə qarşılaşacaq.
Sentyabrın 4-dən 9-dək isə U-21 Lissabon şəhərində toplanışda olacaq və sentyabrın 9-da “Rio Maior” stadionunda AÇ-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamızın üzvləri toplanışa 29, 30 və 31 avqust tarixlərində Topaz Premyer Liqasında keçirəcəkləri oyundan sonra cəlb ediləcəklər.
Fanat.az