Kamran Ağayev fərdi məşq edir

Kamran Ağayev fərdi məşq edir

"Qəbələ"nin qolkiperi Kamran Ağayev hələ də kollektiv halında məşqlərə qoşulmayıb. Bu barədə Fanat.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, hər şey qaydasında olsa, Ağayev yaxın vaxtlarda komanda ilə birgə məşqlərə başlayacaq: "Hələ ki, qapıçımız fərdi qaydada məşqlər edir. Komandamızın həkimi Rəhim Məhərrəmov onun tam bərpa olması haqda məşqçi heyətini məlumatlandırdıqdan sonra, Kamran komandaya qoşulacaq. Ancaq onu deyə bilərəm ki, ulk turda Ağayev qapını qoruya bilməyəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər