Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyununda - “Neftçi” – “Çixura” matçında baş verənlər son günlər ciddi müzakirə mövzusudu. Fanat.az xəbər verir ki, “Bakcell Arena”da Zaqatala və Qaxı Gürcüstanın ərazisi kimi təqdim edən xəritəni açmaqla böyük qalmaqala səbəb olan təxribatçılar arasında qonaq komandanın hücumçusunun xanımı da olub.
Gürcüstan mənbələrindən əldə etdiyimiz məlumata görə, boynunda faşist xaçının döyməsi olan həmin qadın Georgi Qabidavanın həyat yoldaşıdı. “9 nömrə”nin həyat yoldaşı şovinist ideyanın həyata keçməsinə can atanlardan biri olub.
Fanat.az