İngiltərə hökuməti azarkeşlərə şok məsləhət verib. Fanat.az xəbər verir ki, milli komandanın dünya çempionatındakı uğursuz çıxışına görə məyus olan fanatlara sekslə məşğul olmaq tövsiyyə olunub.
Belə bir məsləhətlə İngiltərə hökumətinin maliyyələşdirdiyi Kişi Sağlamlığı Forumu (Men`s Health Forum) çıxış edib. Formun müraciətində deyilir: "Depresiyanı yenmək üçün mahnı oxu, sekslə məşğul ol, idmanla məşğul ol, sevdiyin şeyləri et, həyatını dəyiş".
Qeyd edək ki, İngiltərənin uğursuz çıxışından sonra depresiyaya düşən bəzi azarkeşlərin içkiyə meyl edəcəyi və sağlamlığa ziyan qidalar qəbul edəcəyi gözlənilir. Komanda DÇ-1998-də Argentinaya yeniləndən sonra infarktdan ölən kişilərin sayı 25 faiz artmışdı. AVRO-1996-da isə Almaniyaya məğlubiyyətdən sonra artım 25 faiz olmuşdu.
Fanat.az