İki tərəfli oyunda 6 qol

İki tərəfli oyunda 6 qol
Yeni mövsümə hazırlaşan AZAL gücləndirilmiş rejimdə işə davam edir. Fanat.az xəbər verir ki, komanda gündə 2 dəfə məşqə çıxır. 
Səhər məşqinin əvvəli fiziki hazırlığa həsr edilib. Futbolçular müxtəlif məsafələrə sprint-qaçış həyata keçirib. Ardından tennis toplarını və kiçik ölçülü topları çiləyən oyunçular məşqi iki tərəfli, 4 kiçik qapılı oyunla bitirib. Burada “yaşıllar” “qırmızılar” üzərində 4:2 hesabı ilə qələbə qazanıb. 
Qeyd edək ki, bu gün AZAL mövsümöncəsi son yoxlama oyununa çıxacaq. “Şəfa” stadionunda “İnter”lə keçiriləcək matç saat 20.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər