Avropa Liqasının III təsnifat mərhələsinin təkrar matçı öncəsi "Neftçinin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransının vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis Gürcüstan "Çixura"sı ilə cavab oyunundan bir gün öncə KİV təmsilçilərinin qarşısına çıxacaq.
Avqustun 6-da baş tutacaq konfrans Bakı vaxtı ilə 19:30-da başlanacaq. Bunda yarım saat sonra isə Azərbaycan kubokunun qalibi məşqə çıxacaq.
Qeyd edək ki, Bakıda keçirilən iuylun son günüdə baş tutan "Neftçi" - "Çixura" görüşündə qapılara qol vurulmayıb.
Fanat.az