Hacievski avrokublarda bizimkiləri dəstəkləyəcək

Hacievski avrokublarda bizimkiləri dəstəkləyəcək
Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubuna 3:1 hesabı ilə qalib gəlib. Görüşdən sonra hər iki komandanın baş fikirlərini bildirib:
Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Rəqib tanımadığımız komanda, bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam. Əsas məqsədimiz iyulun 17-də keçiriləcək Avroliqadakı ilk oyunumuza hazırlıqdı və bu yöndə də işlərimiz gedir. Azarkeşlər bu mövsüm də “Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.
Qyoko Hacievski (“Al Qadisiya”nın baş məşqçisi): “Yoxlama oyunları komandanın yaxşı və pis tərəflərini görmək baxımından əhəmiyyətli olur. “Neftçi” güclü komandadı. Futbolçuları texnikalı və fiziki baxımdan da hazırlıqlıdılar. Rəqibə Avropa Liqasında uğurlar arzulayıram. Avrokuboklarda “Neftçi”yə və Azərbaycanın digər klublarına azarkeşlik edəcəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər