Foqts xələfinin adını açıqladı: "O, bu gün bu postu qəbul edə bilər"

Foqts xələfinin adını açıqladı: "O, bu gün bu postu qəbul edə bilər"
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts özündən sonra millimizi kimin çalışdıracağı ilə bağlı məsələyə münasibət bildirib. Fanat.az azerisport.com saytına istinadən xəbər verir ki, alman mütəxəssis xələfinin adını açıqlayıb:
 
Foqts deyib ki, onun yerini Qurban Qurbanov tutacaq: "Bu məşqçi artıq sabah Azərbaycan yığmasının baş məşqçi postunu qəbul edə bilər. O, taktiki cəhətdən komandasını çox gözəl hazırlayır. Oyunu oxumaq baxımından da çox yaxşıdı. Bu, Qurban Qurbanovdu. Onun Avstriya "Zalsburq"u ilə oyundakı əvəzləmələri də göstərdi ki, öz işini çox yaxşı bilir. Böyük ehtimalla mən getdikdən sonra yığma komandanı o çalışdıracaq. O, mənim xələfimdi (gülür). Amma Qurban Qurbanov yığmanın baş məşqçisi olsa, 11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq".
Artın Qurban Qurbanov da Foqtsun açıqlamasına münasibət bildirib. "Qarabağ"ın baş məşqçisi publika.az saytına açıqlamasında bunları deyib: "Düzünü desəm, Foqtsun dedikləri barədə məlumatım yoxdu. Heç bir yerdən oxumamışam. Çox sağ olsun ki, belə bir fikir bildirib. Amma hazırda mənim o barədə düşünməyə vaxtım yoxdu. Bilirsiniz ki, qarşıda bizi çətin oyun gözləyir. Onu düşünürük. Amma yenə də deyirəm, belə bir fikir bildiribsə, çox sağ olsun”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər