Erik Ramos: "Bursaspor"un bəxti gətirməyib"

Erik Ramos: "Bursaspor"un bəxti gətirməyib"
"Neftçi"nin futbolçusu Erik Ramos "Çixura" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, paraqvaylı futbolçu bu gün keçirilən mətbuat konfransında danışıb.
Ramos bildirib ki, gürcülərin "Bursaspor"la oyunda bəz"Mən hələ "Çixura"nı iş başında görməmişəm. Türkiyə "Bursaspor"unu necə keçdiklərini isə söhbətlərdə eşitmişəm. Fikrimcə, türklərin sadəcə, bəxti gətirməyib. Biz qələbə qazanmağı bacarırıq. Bunu Sloveniya "Koper"i ilə səfər oyununda da sübut etdik. Sabah da bizi çox vacib oyun gözləyir. Müsbət nəticəyə nail olmalıyıq".
Cənubi amerikalı futbolçu aqresiv görünməyinin səbəblərindən danaşıb: "Bu daha çox xarakterlə bağlıdı. Oyunlarda aqressiv olmağım da nəticə ilə bağlı idi. “Koper”lə ikinci oyunda daha çox aqressiv idim. Bunun da səbəb o idi ki, qol vurmaq lazım idi. Həmin oyunlarda 2 sarı vərəqə aldım. Əgər bu oyunda da alsam, növbəti oyunu buraxacağam”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər