"Qarabağ"ın yeni forması aparıcı Günay Yelmarqızına hədiyyə edilib. Fanat.az xəbər verir ki, bu barədə aparıcı "Facebook" səhifəsində yazıb:
"Bu gün "Qarabağ"ın bazasında oldum və "Qarabağ"dan çox özəl hədiiyə aldım. "Qarabağ"ın yeni mövsümdən futbolçulara təqdim olunacaq yeni formasının ilk sahibi olmaq mənim üçün böyük şərəfdi. Bu özəl və dəyərli hədiyyəyə görə "Qarabağ" rəhbərliyinə, xüsusən Əmrah Çəlikələ böyük təşəkkürlər. Çox sağ olun Əmrah bəy, yolunuz hər zaman açıq olsun".
Fanat.az