Emin Nuri: "Gələcəkdə də millinin formasını geymək istərdim"

Emin Nuri: "Gələcəkdə də millinin formasını geymək istərdim"
"Millidə oynamaq qürurvericidi. Biz Azərbaycanı təmsil edirik. Özümü rahat hiss edirdim. Çalışırdım oyunum yaxşı alınsın. Gələcəkdə də Azərbaycan millisinin formasını geymək istərdim. Ümid edirəm ki, baş məşqçi mənə güvənməkdə davam edəcək". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızda debüt edən Emin Nuri deyib.
Özbəkistanla oyunun gedişində meydana çıxan futbolçu son dəqiqələrdə əvəzləndi. Emin bunun səbəbini açıqlayıb: "Oyun zamanı zədə aldım. Bunu nəzərə alan baş məşqçi məni dəyişməyi qərara aldı. Meydanda olduğum dəqiqələrdə özümü göstərməyə çalışdım. Necə alındığını məşqçilər söyləyə bilər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər