Premyer Liqanın II turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" oyununun 25-ci dəqiqəsində qonaq komandanın heyətində Elvin Əliyevi Elşad Manafov əvəzləyib. Fanat.az xəbər verir ki, İbrahim Uzuncanın bu qərarı ilə razılaşmayan Əliyev baş məşqçiyə sərt təpki göstərib.
Futbolçunun etirazına Uzunca sərt üzünü göstərib. Təcrübəli müdafiəçi əsas heyətdən kənarlaşdırılıb.
Məsələyə aydınlıq gətirmək üçün "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq: "Baş məşqçiylə Elvin Əliyev arasında insident yaşanıb. İbrahim Uzunca futbolçunu qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərib".
Fanat.az