Del Pyero qocalmaq bilmir

Del Pyero qocalmaq bilmir

Avstraliya "Sidney"indən ayrılan italyan veteran futbolçu Alessandro del Pyero karyerasını başa vurmağa hazırlaşmadığını bəyan edib. Fanat.az xəbər verir ki, İtaliya futbolunun canlı əfsanəsi ən azından daha bir mövsüm yaşıl meydanlarda keçirmək niyyətindədi.

Futbolçu fikirlərini bu cür əsaslandırıb: "İndi ən yaxşı variantı seçməliyəm. Ancaq bütün hallarda futbol oynamağa davam edəcəyəm. Anlayıram ki, 90 yaşımadək karyeramı davam etdirə bilmərəm. Lakin yaxşı formada olduğumu hiss edirəm və ən azından daha 1 mövsüm futbol oynayacağam".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər