DÇ-2014-də daha bir baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, Kot`D-İvuar yığmasının baş məşqçisi Sabri Lamouçi postundan ayrılıb.
Buna səbəb komandanın dünya çempionatında uğursuz çıxışı olub. Ötən axşam Yunanıstana yenilən Kot`D-İvuar millisi 1/8 finala çıxa bilməyib. Bundan sonra baş məşqçi istefa verib.
Qeyd edək ki, 42 yaşlı fransız mütəxəssis 2012-ci ildən Kot`D-İvuar millisinə başçılıq edirdi. Ötən axşam ondan başqa daha bir mütəxəssis istefa verib. Bedə ki, İtaliya yığmasının çalışdırıcısı Cesare Prandelli uğursuz çıxışa görə postunu tərk edib.
Fanat.az