DÇ-2014: daha 3 istefa

DÇ-2014: daha 3 istefa
DÇ-2014-də çıxış edən daha 3 komandanın baş məşqçisi istefa verib. Fanat.az xəbər verir ki, Honduras, Yaponiya və İran milliləri başsız qalıb.
Fransa, İsveçrə və Ekvadorla birlikdə E qrupunda yer alan və 1 qol vurub 8-ni buraxaraq 3 məğlubiyyət alan Honduras millisinin çalışdırıcısı Luis Fernando Suares İsveçrəyə 0:3 hesablı məğlubiyyətdən sonra postunu tərk etdiyini açıqlayıb. "Bütün ölkə xəyal qırıqlığına uğradı. 1/8 finala çıxmaq arzumuz reallaşmadığı üçün məyus oldum. Artıq dəyişiklik zamanıdı" deyən 54 yaşlı kolumbiyalı mütəxəssis 2011-ci ildən komandaya başçılıq edirdi.
İlk turda Nigeriya ilə heç-heçə edən İran davamını gətirə bilmədi. Əvvəlcə Argentinaya, ötən axşam isə Bosniya və Hersoqovinaya yenilən cənub qonşumuz qrup sonuncusu olub. Bu matçdan sonra 2011-ci ildən komandaya başçılıq edən 61 yaşlı portuqaliyalı Karluş Keyruş postunu tərki edib: "Mən bu layihəyə sadiqliyimi göstərdim, lakin 11 ay ərzində yeni müqavilənin bağlanması barədə təklif almadım. İran millisi ilə işləmək mənim üçün şərəf idi. Mən bu ölkəni çox sevdim. İran futbolu, mənim futbolçularım və azərkeşlər həmişəlik ürəyimdə qalacaq".
Yaponiya yığması isə Kolumbiya, Yunanıstan və Kot`D-İvuarla birlikdə C qrupunda yer almışdı. Kot`D-İvuara uduzub, Yunanıstanla heç-heçə oynayan gündoğar ölkə təmsilçisi son turda Kolumbiyaya 1:4 hesabı ilə yenilərək sonuncu olub. Uğursuz çıxış komandaya başçılıq edən italyan Alberto Zakkeroninin istefası ilə nəticələnib: "Taktikanı quran və komandanı meydana çıxaran mənəm. Hansı oyunçunun oynayacağını da mən müəyyənləşdirirəm. Bu səbəbdən bütün məsuliyyət mənimdi. Uğursuz çıxış etdiyimizə görə istefa verirəm".
Qeyd edək ki, bundan əvvəl İtaliya millisinin baş məşqçisi Çezare Prandelli və Kot`D-İvuar yığmasına başçılıq edən Sabri Lamouçi istefa vermişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər