Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, 1/8 finalda qarşılaşacaq daha iki cütlük müəyyənləşib.
E qrupunun qalibi Fransa F qrupunun ikincisi Nigeriyanı sınağa çəkəcək. F qrupuna birinci olmuş Argentina isə E qrupunun ikincisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın son 2 qarşılaşması bu gecə müəyənləşəcək. Qrup mərhələsinin son oyunları G və H qruplarında keçiriləcək. Hələlik H qrupundan Belçika 1/8 finala çıxıb.
28 iyun
21.00 Braziliya - Çili
29 iyun
01.00 Kolumbiya - Uruqvay
21.00 Hollandiya - Meksika
30 iyun
01.00 Kosta Rika - Yunanıstan
21.00 Fransa - Nigeriya
1 iyul
00.00 G1 - H2
21.00 Argentina - İsveçrə
2 iyul
01.00 H1 - G2
Fanat.az