Üçüncü qurbanlara doğru

Üçüncü qurbanlara doğru

Norveçdə Şahmat Olimpiadası davam edir. Fanat.az xəbər verir ki, Azərbaycanın kişi və qadın yığmaları II turu da qələbə ilə başa vurublar.

Şotlandiya ilə üz-üzə gələn kişilərdən ibarət yığmamızın kapitanı Aleksandr Xalifman bu dəfə Teymur Rəcəbova istirahət verib. İlk turda dincələn Şəhriyar Məmmədyarov qara fiqurlarla Kolin Maknabla xalları yarı bölüb. Digər 3 şahmatçımız - Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov ardıcıl 2-ci qələbələrini əldə ediblər və millimiz 3,5:0,5 hesabı ilə üstünlüyünü rəsmiləşdirib.

Qadınlardan ibarət yığmamız isə bu dəfə Salvadora divan tutub. Zərif cins nümayəndələrimiz 4:0 hesabı ilə qələbə qazanıblar.

Bununla da, hər iki komandamız 2 turdan sonra mütləq - 4 xallıq nəticə ilə liderlər qrupundakı yerlərini qoruyublar.

Qeyd edək ki, bu gün keçiriləcək 3-cü turda kişilərdən ibarət yığmamız Xorvatiya ilə, qadınlardan ibarət millimiz İsveçrə ilə üz-üzə gələcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər