Serbiyanın "Partizan" klubu ilə Avropa Liqasının qrup mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev səfərdə baş tutacaq oyun öncəsi fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibi yaxşı təhlil etdiyini bildirib.
O, "Partizan"ın sıralarında kifayət qədər təcrübəli futbolçuların yer alıdığını bildirib: "Rəqibin iştirakı ilə bir neçə oyunu izləmişəm. Çox yaxşı ifaçıları var. Ancaq bizim məqsədimiz də hər kəsə bəllidir. Qrup mərhələsinə sadəcə, düşmək istəmirik, bu, bizim üçün həyati önəm kəsb edir! Buna görə də var gücümüzlə mübarizə aparacağıq".
Fanat.az