"Hücum xəttimizdə problemlər var. Mən son 5-6 ayda demişəm ki, bir hücumçuya ehtiyacım var". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi bildirib ki, hücumçu transfer etməmələrinə səbəb istədikləri səviyyədə futbolçu tapa bilməməli olub: "Demirəm ki, rəhbərlik almayıb. Disklərə baxmışam. Amma “Neftçi”nin strategiyasına uyğun bir hücumçu yoxdu. Mən ikinci Kanales axtarıram. Hələlik onu tapmamışam. Qrupa düşsək mütləq hücumçu tapmalıyıq".
Fanat.az