Beynəlxalq Futbot Federasiyaları Assosiasiyasının rəhbəri Yozef Blatter gələcəkdə dünya çempionatlarının reqlamentində dəyişikliklərlə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, FİFA prezidenti DÇ-2014-ü nümunə göstərib.
Blatter Braziliyada düzənlənən mundialın səviyyəsinin yüksək olduğunu bəyan edərək, turnirin formatında dəyişikliyə zərurət duyulmadını söyləyib: "Dünya çempionatının iştirakçılarının sayında da yanılmamışıq. Əlbəttə, bəzi konfederasiyalar kvotaların dəyişdirilməsi məsələsinə yenidən baxılmasını istəyirlər. Ancaq bu, doğru yol deyil. Əgər siz ideal məhsul istehsal edirsinizsə, onun reformaya ehtiyacı yoxdu. Mundialda 40 komanda? Yox, 32 milli - bu maksimal həddi".
Fanat.az