Berti Foqts: "Mən yığmanın "pley-off"a çıxmasını gözləyirəm"

Berti Foqts: "Mən yığmanın "pley-off"a çıxmasını gözləyirəm"
"Avqust ayında yoldaşlıq oyunlarının sayının az olması məni təəssüfləndirir. Bu bizim kimi kiçik ölkələrin komandaları üçün pisdi. Klublar hazırlıq dövründə 6-7 oyun keçiri. Milli komandalar isə az oynayır". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Millimiz sabah Özbəkistanla yoxlama oyunu keçirəcək. Foqts bu gün mətbuat konfransı təşkil edərək jurnalistlərin suallarını cavablandırıb. Alman mütəxəssis özbəklərlə oyunla bağlı fikirlərini bildirib:  Şadam ki, Özbəkistana qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FIFA-nın “pəncərəsi”ndə qarşılaşma olmayacaq. Bolqarıstana uyğun Avropa komandası tapmaq çətindi.  Bu baxımdan, Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidi. Bu oyunda səhvləri özümdə qeyd edəcəyəm".
 
Foqts sentyabrın 3-də Rusiya ilə baş tutacaq oyundan da danışıb. Alman çalışdırıcı iki ölkənin yığmaları arasındakı oyunların prinsipial əhəmiyyət daşıdığını bildirib: "Bizim futbolçular üçün bu qarşılaşmanın xüsusi prinsipiallıq daşıdığını bilirəm. Bu qarşılaşma prinsipiallığına görə Almaniya - Hollandiya matçını xatırladır. Fabio Kapello mənim dostumdu. Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın 3 ildə yoldaşlıq oyunu keçirilsin".
Baş məşqçi yığmamızın AVRO-2016-nın seçmə mərhələsində "pley-off"a çıxmasını gözləyir: "Bu komandadan pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşq prosesindən razı qalmasam da, bunu onlardan gözləyirəm. “Qarabağ” və “Neftçi” arasında Superkubok matçı təxirə salındığı halda, İtaliya və Xorvatiya ilə oyunlara görə təxirəsalma olmur. 3 gün ərzində futbolçularıma fiziki güc sərf etmək çətin olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər