Berti Foqts: "Mən də himni oxumurdum, demək pis adamam?"

Berti Foqts: "Mən də himni oxumurdum, demək pis adamam?"

"Bu oyundan razı qala bilmərəm. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik. Rəqib fiziki baxımdan bizdən daha yaxşı təsir bağışladı. Bizim futbolçular isə yorğun görünürdülər. Halbuki, mövsüm yeni başlayıb. Çoxlu səhvlər gördük. Bunların üzərində çalışmağımız lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri Özbəkistanla oyundan sonra millimizin baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcı yeni futbolçularla bağlı danışıb: "Bizim qarşıda daha bir yoxlama oyunumuz var - Rusiya ilə görüş. Oyunçuları həmin qarşılaşmada da sınayacam. Futbolçuları mətbuat vasitəsilə tənqid etməyəcəm. Kimə nə sözüm varsa, özünə deyəcəm. Dmitri Nazarova 90 dəqiqə oynamaq şansı yaratdım. Çünki nəyə qadir olduğunu görmək istəyirdim. Üç məşqə çıxmışdı. Oyun zamanı ötürmələrdə necə təsir bağışladığını da öyrənmək istədim. Son ötürmələr onda alınmır".

"Start heyətdəki 11 futbolçudan yalnız dördü himnimizi oxudu. Qalan 7 futbolçu bu yığmaya nə qazandıracaq ki" sualına Foqts belə cavab verib: "Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər