AZAL yığmanın qapıçısını gətirdi

AZAL yığmanın qapıçısını gətirdi
AZAL-ın yolunu gözlədiyi Stanislav Namaşkoya qovuşub. Fanat.az xəbər verir ki, moldovalı qapıçı komandanın düşərgəsinə gəlib. 
27 yaşlı qolkiper komanda ilə məşqlərə başlayır. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Bununla da Cahangir Həsənzadə və Elçin Sadıqovun gedişindən sonra qapıçı problemi ilə üzləşəne AZAL qapıdakı boşluğu doldurmuş olacaq.
Qeyd edək ki, 27 yaşlı qapıçı 2013/14 mövsümündə "Dinamo-Auto" klubunda çıxış edib. O, Tiraspol təmsilçisinin heyətində 6 oyuna çıxıb. O, əvvəllər Moldovanın "Tiraspol", "Şerif", Rusiyanın "Kuban", "Spartak" (Nalçik) və "Volqar" (Astraxan) klublarında çıxış edib. Moldovanın U-19 və U-21 yığmalarında çıxış etmiş Stanislav 2007-ci ildən çağırıldığı A millidə 39 oyuna çıxıb. Namaşko yığmanın əsas qapıçısı hesab olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər