Türkiyənin "Giresunspor" klubuna keçən Ayaz Mehdiyev "Rəvan"la problemini həll edib. Fanat.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatına futbolçunun özü məlumat verib.
Ayaz bildirib ki, müqaviləsinin rəsmiləşməsi üçün heç bir problem qalmayıb: "Giresunspor"lu olmağım üçün lazım olan sənədlər Azərbaycandakı klubumdan gəldi. Çox xoşbəxtəm".
Qeyd edək ki, Kamal Bayramovdan sonra Ayazın da "Giresunspor"dan ayrılmaq ehtimalı var idi. Klub prezidenti Mustafa Bozbağ açıqlamasında bildirmişdi ki, "Rəvan" futbolçu üçün pul istəyir: "Ayazın yetişdirilməsi ilə bağlı problem var. Əgər oyunçu bu barədə problemlərini avqustun 30-dək həll edərsə, bizimlə yoluna davam edəcək. Əks halda ölkəsinə qayıdacaq".
Fanat.az