“Evdə çətin oyunu qələbə ilə başa vurmağımız yerinə düşdü. Möhtəşəm azarkeşlər bu qələbəyə layiq idi”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın alban müdafiəçisi Ansi Aqolli deyib.
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxmaq üçün Bakıdan Avstriyaya uçan Ağdam təmsilçisinin təcrübəli legioneri sonadək mübarizə aparacaqlarını bildirib: “Sürüşkən hesabdı. Həm də rəqib çox güclüdü. İtkilərimiz də var. Amma məqsəd sonadək mübarizə aparmaq, uğurun davamını gətirməkdi. Oyuna yaxşı hazırlaşmışıq”.
Xatırladaq ki, “Qarabağ” – “Zalsburq” oyunu təmsilçimizin 2:1 hesablı zəfəriylə yekunlaşıb. Cavab qarşılaşması isə çərşənbə günü Zalsburqda oynanılacaq.
Fanat.az