Ansi Aqolli: "Onun yoxluğu bizə çətinlik yaradacaq"

Ansi Aqolli: "Onun yoxluğu bizə çətinlik yaradacaq"
"Zalsburq" üzərində qələbədən sonra komandada yaxşı atmosfer var. Çox gərgin və mübarizə dolu bir oyun oldu. Qələbə qazandıq, ancaq düşünürəm ki, hər şeyə Zalsburqda aydınlıq gələcək. Mərhələ adlamaq üçün səfərdə çox güclü rəqibə qarşı sonadək mübarizə aparacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
Alban futbolçu vətənində verdiyi açıqlamada həmyerlisi Admir Telinin cavab matçında oynamamasına da münasibət bildirib: "Təcrübəmlə komandama kömək etməyə çalışacam. Daha öncəki klubum "Tirana" və Albaniya millisindəki təcrübəm isə hər zaman mənə kömək olur. Cavab matçında həmyerlim Admir Telinin olmamasına gəlincə, onun yoxluğu bizə çətinlik yaradacaq. Çünki Admir komandada stabil oyunu ilə seçilir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər