"Xəzər Lənkəran"dan ayrılan Adrian Pitin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rumın futbolçu karyerasını vətənində - "Viitorul"da davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Adrian Pit, İulian Mamele və Adrian Markuşla müqavilə imzalanıb. Onlar artıq komandada məşqlərə başlayıb.
Qeyd edək ki, Pit 2011-ci ildən "Xəzər Lənkəran"da çıxış edirdi. Bu müddətdə o, 99 oyun keçirib və 8 qol vurub. 31 yaşlı yarımmüdafiəçi əvvəllər vətənində "UTA Arad", "Universitatea" (Kluj), İsveçrədə "Bellinzona", İtaliyada "Roma", "Pisa" və "Triestina" klublarında çıxış edib.
Fanat.az