6 holland dopinqli çıxdı - qalmaqal

6 holland dopinqli çıxdı - qalmaqal
Dünya çempionatının favoritlərindən Hollandiya yığması ilə bağlı şok xəbər yayılıb. Fanat.az xəbər verir ki, "narıncılar"ın 6 futbolçusunda dopinqin tapılması ilə bağlı iddia ortaya atılıb.
İnformasiyanı yayan "National Report" iddia edib ki, bununla bağlı həkim Qiorqio Bertoluççi açıqlama verib. Həkim İspaniya ilə oyundan sonra 6 hollandın qanında dopinq tapılıb: "Belçikadan 1, Hollandiyadan 6 futbolçu dopinq-testə cəlb olundu. Onların hamısında dopinq çıxdı. Bu barədə FIFA-ya məlumat verdik. Amma cəza vermədilər. Hollandiya dünya çempionatında yoluna davam edəcək. Bu ədalətli bqərar deyil". 
Qeyd edək ki, Hollandiya İspaniya (5:1), Avstraliya (3:2) və Çilini (2:0) yenərək qrup mərhələsini maksimum nəticə ilə başa vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər