Millimizin sabiq üzü Ali Gökdemir yenidən Almaniyaya qayıdıb. Fanat.az xəbər verir ki, yanvarda Türkiyənin "Elazığspor" klubuna icarəyə verilən futbolçumuz "Hannover 96"ya dönüb. Almaniya mətbuatının yazdığına görə, hazırda o, əsas komanda ilə yox, U-23 komandasında məşq edir.
Qeyd edək ki, Türkiyədə 3 matça çıxan, 190 dəqiqə oynayan müdafiəçi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Fanat.az