Vanolidən acı etiraf

Vanolidən acı etiraf

İki oyunun nəticəsinə görə "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindən kənarlaşdırdırdığı Sloveniya "Koper"inin baş məşqçisi Rodolfo Vanoli qitəmiqyaslı turnirlərdə təcrübəsizlikdən gileylənib.

Fanat.az-ın məlumatına görə, italyan mütəxəssis baş hakim Benoit Millotun "Koper"in futbolçusunu meydandan qovma qərarını şərh etməyə lüzum duymayıb: "Onlar ilk oyundakından daha yaxşı oynayırdılar. Yetirmələrim əzmkar futbol, sonadək mübariz ruh nümayiş etdirdilər. Buna görə də futbolçularımı təbrik edirəm. Komandamızın əsl Avropa təcrbəsinə malik olmaması həlledici rol oynadı. İlk yarıda tapşırıqlarım böyük ölçüdə yerinə yetirildi. Stromayerin meydandan qovulmasını şərh etməyimin indi heç bir əhəmiyyəti yoxdu. İlk baxışdan biz ehtiyatlı, müdafiədən oynayırdıq. Ancaq sizi əmin edirəm ki, oyundan əvvəl bu cür planlaşdırmamışdıq. Uşaqlar bir qədər həyəcanlı idilər. Bu da başadüşüləndi. Axı Avropada təcrübə olduqca önəmlidi. Yolumuzu davam edəcəyik və inanıram ki, daxili çempionatda hər şey qaydasında olacaq".

Vanoli hesab 0:2 olarkən fasilədən sonra oyuna daxil olan Matey Puçkonun əldə etdiyi ən real qol şansı barədə sualdan yayınıb: "Azlıqda qalmağımıza baxmayaraq, 2-ci hissədə daha yaxşı oynadıq. 2-3 qol imkanı əldə etdik. Ancaq yararlana bilmədik. "Neftçi" baxımlı futbol sərgilədi. Onları təbrik edirəm".

Qeyd edək ki, Bakıda 1:2 hesabı ilə məğlub olan "Neftçi" ötən gecə "Koper"i səfərdə 2:0 məğlub edərək, Avropa Liasının III təsnifat mərhələsinə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər