Türk klubundan Subaşiçə təklif

Türk klubundan Subaşiçə təklif
"Orduspor"da çıxış edən Branimir Subaşiç Türkiyədən yeni təklif alıb. Fanat.az xəbər verir ki, millimizin sabiq üzvünü "Bucaspor" heyətinə qatmaq istəyir.
Lakin "Orduspor" futbolçusunu satmaq istəməyib. Bu barədə klubun vitse-prezidenti Tahsin Türkmən məlumat verib: "Subaşiçə 100 min lirə borcumuz var. Bu pulu ödəyib, onu komandada saxlayacağıq. Subaşiçlə müqaviləmiz var. Onu istəyən klub bizə müraciət etməlidi. Gəlsələr oturub danışarıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər