Tevesin atasını oğurlayanlar ondan üzr istədilər

Tevesin atasını oğurlayanlar ondan üzr istədilər
“Yuventus”un argentinalı ulduzu Karlos Tevesin atasını oğurlayıblar. Fanat.az xəbər verir ki, hadisə dünən səhər Buenos-Ayresdə baş verib. 
Quldurlar girovun azad edilməsi üçün 40 min avro tələb ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində Tevesin atası 8 saatdan sonra azad olunub. İtaliyada olan futbolçu Argentinaya getmək üçün aeroporta yollansa da, atasının azad olunduğu xəbərini alınca fikrini dəyişib.
Maraqlıdır ki, oğrular əvvəlcə Tevesin atasının avtomobilini qaçırıblar. Lakin içindəki sənədlərlə tanış olduqdan sonra fikirlərini dəyişiblər. Futbolçunun atasına Tevesin oyununa heyran qaldıqlarını bildirən canilər, çörəkpullarının bu yolla çıxdığını və etdiklri əmələ göə üzr istədiklərini də söyləyiblər. Buna baxmayaraq, Tevesin atasını azad etmək üçün oğrulara 49 min dollar pul ödənilib.
 
Teves "Twitter"də yazdığı şərhdə ona dəstək olan hər kəsə təşəkkür edib: “Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Atam özünü yaxşı hiss edir və təhlükəsiz yerdədi. Ailəmiz adından federal polisin əməkdaşlarına təşəkkür edirəm. Təəssüf hissi ilə qeyd edirəm: Vətəni tənqid etmək asandı. Ancaq bütün yaxşı və pis cəhətləri ilə bərabər mən bu vətəni sevirəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər