Suares CAS qarşısında cavab verəcək

Suares CAS qarşısında cavab verəcək

Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) "Barselona"nın Luis Suaresin 4 aylıq diskvalifikasiyanın azaldılması müraciətinə baxacaq. Fanat.az xəbər verir ki, CAS-ın iclası avqustun 8-nə nəzərdə tutulub. 

Məhkəməyə ifadə vermək üçün DÇ-2014-də İtaliya yığması ilə görüşdə rəqib müdafiəçi Corco Kyellinini dişləyən uruqvaylı forvard da dəvət olunub.

Suares məhkəmə zalına vəkilinin müşayiətində gələcəyi gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər