"Biz "Çixura" ilə toplanış zamanı iki oyun keçirmişdik. Fikrimcə, yoxlama oyunundakı məğlubiyyətin əvəzini çıxa biləcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Samir Məsimov deyib.
Gənc futbolçu Avropa Liqasındakı rəqibləri barədə fikirlərini bildirib: "Çixura" start fitindən sona qədər mübarizə aparan komandadı. Ev oyununda qol buraxmamaq çox vacibdi. Çalışacağıq ki, evdə qələbə qazanaq. Cütün taleyini elə ilk oyunda həll edə bilərik".
Fanat.az