"Oyunumuz alınmadı. Bunun səbəbini bilmirəm. Cütün taleyi Gürücüstanda həll olunacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
"Neftçi"nin rəhbəri "Çixura"nın komanda olmadığını bildirib: "Bugünkü oyuna futbol demək olmaz. Rəqib çox qapandı. Oyunu tamamilə müdafiədə keçirdilər. Yəqin ki, öz meydanlarında açıq futbol oynayacaqlar. Çünki qol vurmaq üçün irəli atılacaqlar. “Neftçi” isə bu cür oyunu xoşlayır. "Çixura" komanda deyil".
Sadıqov gürcü fanatların təxribata əl ataraq, Zaqatala və Qaxı Gürcüstan ərazisi kimi göstərən xəritə açmalarına münasibət bildirib: "Bunu qətiyyən gözləmirdik. Onlar təşkilati işləri elə qurmuşdular ki, gəlib Bakı aeroportunda qalmışdılar. Sərilib yatmışdılar. Xəbər tutan kimi dərhal klubun avtobusunu aeroporta göndərdik. Vitse-prezidentimiz və klubun digər əməkdaşları da hava limanına yollandı. Onlara kömək etdik. Çünki bu iki xalq arasında tarixən dostluq münasibətləri olub. Pankart çıxaracaqlarını gözləmirdik. Fikirləşdik ki, gəliblər, komandaları dəstəkləyəcəklər, oyuna baxacaqlar, sonra da çıxıb gedəcəklər. Futbolu siyasiləşdirmək olmaz".
Fanat.az