Qurban Qurbanov: "Onlara uduzmayacağıq"

Qurban Qurbanov: "Onlara uduzmayacağıq"
"Bizi ciddi rəqiblə qarşı oyunlar gözləyir. Maraqlı oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la qarşılaşacaq ağdamlıların çalışdırıcısı bu gün mətbuat konfransı keçirib: "Zalsburq"un futbolçularının açıqlamaları da onların yaxşı formada olmalarından xəbər verir. Rəqibi yaxşı öyrənmişik. Çox sürətli komandadı. Sürətli hücumlar qurmağı bacarırlar. Ustalıq səviyyələri yüksəkdi. Müdafiədə çox diqqətli olmalıyıq. Amma sürətdə onlara uduzmayacağıq".
Qurbanovun sözlərinə görə, indiki "Qarabağ" əvvəlkilərlə müqayisədə daha güclüdü: "Qarabağ" indi daha çox təcrübə toplayıb. Futbolçularımızın ustalıq səviyyəsi də yüksəlib. Güclü çempionatlardan yeni legionerlərimiz gəlib. "Zalsburq" son illərdə çox "artırıb". 3-4 futbolçusu var ki, yaxın gələcəkdə Avropanın aparıcı klublarında çıxış edə bilər. Bu komanda vaxtilə qarşılaşdığımız komandalar arasında Dortmund "Borussiya"sına bənzəyir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər