"Simurq" - "Fulhem" oyunu baş tutmadı

"Simurq" - "Fulhem" oyunu baş tutmadı
Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un İngiltərənin köklü klublarından olan "Fulhem"lə oyunu baş tutmayıb. Fanat.az xəbər verir ki, buna səbəb Avstriyadakı pis hava şəraiti səbəb olub.
Qeyd edək ki, "Fulhem" klubu 1879-cu ildə yaradılıb. 134 yaşlı London təmsilçisi İngiltərənin aşağı liqalarında dəfələrlə çempion olub, Federasiya Kubokunda final oynayıb. 2009/10 mövsümündə tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Simurq"un rəqibi finala çıxsa da, "Atletiko"ya uduzaraq çempion ola bilməyib. Məşhur alman Feliks Maqatın başçılıq etdiyi komanda 2013/14 mövsümündə Premyer Liqada 15-ci pilləni tutaraq "Çempionşip"ə yuvarlanıb. "Fulhem"in heyətində Hollandiya, Almaniya, Yunanıstan, Venesuella, İsveç, Kosta Rika, Çernoqoriya, İsveçrə, Avstraliya, Kolumbiya, Fransa, İtaliya, Mərakeş, Portuqaliya və Şotlandiyadan legionerlər çıxış edir.
"Simurq" bundan əvvəl Sloveniyada və Avstriyada 6 oyun keçirib. Sloveniyada yerli "Aluminiy" klubunu udan (1:0), Makedoniya "Vardar"ı (2:2) və Xorvatiya "Lokomativa"sı (3:3) ilə sülh bağlayan zaqatalalılar Sloveniyada Hayfa "Makkabi"si (0:2) Rusiya "Amkar"ına (1:4) uduzub, Albaniyanın "Teuta" klubu ilə heç-heçə oynayıb (0:0).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər