Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisi Albaniyanın "Teuta" klubu ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Teuta" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub tarixi ərzində bir dəfə Albaniya çempionu, üç dəfə ölkə kubokunun qalibi olub. 2013/14 mövsümdə Albaniya Super Liqasının 4-cü pilləsini tutan komandaya Hasan Lika başçılıq edir. "Teuta"nın heyətində İsveçrə, Kuba, Seneqal və Kosovadan 5 legioner çıxış edir.
"Simurq" Sloveniya toplanışı zamanı 3 yoxlama oyunu keçirib. Yerli "Aluminiy"i yenən (1:0) təmsilçimiz Makedoniyanın "Vardar" (2:2) və Xorvatiyanın "Lokomativa" (3:3) klubları ilə sülhə razılaşıb. Avstriya toplanışı zamanı keçirilən ilk sınaq matçında isə Georgi Çixradzenin yetirmələri Hayfa "Makkabi"sinə (İsrail) uduzub - 0:2.
Yoxlama oyunu
23 iyul
Simurq (Azərbaycan) - Teuta (Albaniya) 0:0
Fanat.az