"Simurq" 4 qolla uduzdu

"Simurq" 4 qolla uduzdu
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Georgi Çixradze yetirmələrini Rusiyanın "Amkar" klubu oyunda sınayıb.
Qarşılaşma rusların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Amkar"ın futbolçuları 37, 39, 45+2 və 83-cü dəqiqələrdə fərqlənib. "Simurq" isə 74-cü dəqiqədə təsəlli qoluna imza atıb
Qeyd edək ki, "Amkar" klubu 1994-cü ildə yaradılıb. 2003-cü ildə Premyer Liqaya çıxan komandanın ən yaxşı nəticəsi 4-cülük olub. 2008-ci ildə Rusiya Kubokunun finalında oynayan Perm klubu 2009/10 mövsümündə Avropa Liqasına vəsiqə qazanıb və play-off mərhələsində "Fulhem"ə uduzub. 2013/14 mövsümündə Premyer Liqanı 10-cu pillədə başa vuran "Amkar"a Slavolyub Muslin başçılıq edir. Komandanın heyətində Bolqarıstan, Polşa, Moldova, Nigeriya, Fransa, Slovakiya və Latviyadan 12 legioner çıxış edir.
"Simurq" Sloveniya toplanışı zamanı yerli "Aluminiy" klubunu udub (1:0), Makedoniya "Vardar"ı (2:2) və Xorvatiyanın "Lokomativa" (3:3) klubları ilə sülh bağlayıb. Avstriyada isə komanda Hayfa "Makkabi"sinə yenilib (0:2), Albaniyanın "Teuta" klubu ilə heç-heçə oynayıb (0:0).
Yoxlama oyunu
26 iyul
Simurq (Azərbaycan) - Amkar (Rusiya) 1:4
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər