"Reynaldonun epizodunda qırmızı vərəqə yox idi"

"Reynaldonun epizodunda qırmızı vərəqə yox idi"

"Qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Uzun müddət idi Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş gəlmirdi. Komandamıza da təşəkkür edirəm ki, oyunu və qələbəsi ilə bizləri sevindirdi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

AFFA başçısı hakimin qərarlarından narazı qalıb: "Məncə, Reynaldonun epizodunda qırmızı vərəqə yox idi. İlk qırmızıya gəldikdə, bu sevincdən irəli gəlirdi. Həmin epizodda əllə oynamağa ehtiyac yox idi. Ümumiyyətlə, əllə oynamaq futbolçuya yaraşan hal deyil".

Abdullayev "İnter"in "Elfsborq"la oyunu barədə də danışıb: "Ötən həftə “İnter”in oyununda xoş olmayan halla qarşılaşdıq. Hakimin matçın əvvəlindəki kobud səhvi nəticəyə də təsir etdi. Bu oyundakı qərarların yanlış olduğunu deyə bilmərəm, amma referinin vərəqələrdən çox istifadə etdiyi aydındı. Buna görə fasilədən sonra komandamız ehtiyatlı oynamağa çalışdı.

AFFA başçısı "Qarabağ"ın təkrar matçını da izləməyə çalışacağını bildirib: "Çalışacağam ki, Avstriyaya gedərək, cavab oyununa da baxım. Çoxdandır stadionda belə azarkeş izdihamı yaşanmırdı. Bu qədər tərəfdarın gəlməsi yaxşı haldı". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər